"Mançester Yunayted" və "Arsenal" transfer yarışına girib
"Atalanta"nın brazilyalı futbolçusu Ederson yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" sözügedən oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
Qeyd edək ki, Edersonun dəyəri 40 milyon avrodur.