“Mançester Yunayted” və “Bavariya” niderlandlı futbolçunu istəyir

“Barselona”nın futbolçusu Frenki De Yonq gələn yay komandasını dəyişə bilər.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” və Bavariya” 28 yaşlı oyunçunu transfer etmək üçün yarışa girib.

De Yonqun sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 3 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.