"Mançester Yunayted" və "Liverpul" rəqabətə girib
"Tottenhem"in mərkəz müdafiəçisi Miki Van de Ven yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Van de Ven cari mövsüm meydana çıxdığı 42 matçda 7 qol, 1 asistlə yadda qalıb.