"Mançester Yunayted" və "Liverpul" transfer yarışına girib
"Monako"nun gənc ulduzu Maqnes Akliuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 24 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Akliuş cari mövsüm meydana çıxdığı 37 matçda 7 qol, 8 asistlə yadda qalıb.