"Mançester Yunayted" və "Liverpul" transfer yarışına girib
"Yuventus"un futbolçusu Fransisko Konseysao yayda İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 23 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, F.Konseysao cari mövsüm meydana çıxdığı 40 matçda 4 qol, 4 asistlə yadda qalıb.