“Mançester Yunayted” və “Nyukasl” fransalı futbolçu ilə maraqlanır
“Real Madrid”in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərənin 2 klubundan təklif alıb.
Sportline.az “The Daily Briefing Podcast”a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Nyukasl” gələn ilin yayında Kamavinqa üçün “Real Madrid”in qapısını döyəcək.
Madrid klubunun rəhbərliyi 22 yaşlı oyunçu satmaq istəmir.
Qeyd edək ki, Kamavinqa “Real Madrid”ə 2021-ci ilin yayında “Renn”dən 31 milyon avro qarşılığında transfer olunmuşdu.