"Mançester Yunayted" və PSJ yarışa girib
"Mançester Yunayted" və PSJ "Benfika"nın 17 yaşlı forvardını heyətə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Media Foot" nəşri məlumat yayıb.
Portuqaliya U-18 millisinin üzvü bu mövsüm meydana çıxdığı 9 matçda 2 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, A.Kabralın dəyəri 3 milyon avrodur.