“Mançester Yunayted” və “Tottenhem” transfer yarışına girib
“Atletiko Madrid”in yarımmüdafiəçisi Konnor Qallaher İngiltərə klublarının maraq dairəsindədir.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Tottenhem” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
“Çelsi”nin sabiq oyunçusunun dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, K.Qallaher bu mövsüm meydana çıxdığı 22 matçda 2 qolla yadda qalıb.