"Mançester Yunayted"də ayrılıq
"Mançester Yunayted"in niderlandlı futbolçusu Tayrel Malasiya klubdan ayrılacaq.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Malasiyanı satmaq qərarına gəlib.
Malasiya üçün "Mançester Yunayted" 20 milyon avro tələb edir.
Qeyd edək ki, 25 yaşlı müdafiəçinin müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.