"Mançester Yunayted"də ayrılıq gözlənilir
"Mançester Yunayted" kamerunlu qapıçısı Andre Onana ilə bağlı qərar verib.
Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, İngiltərə klubu Onana ilə yollarını ayıracaq.
29 yaşlı kiperin hazır ki dəyəri "Transfermarkt" portalına görə 32 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Onana bu mövsüm çıxış etdiyi 43 matçda qapısında 56 top görüb.