“Mançester Yunayted”də ayrıllıq gözlənilir

"Mançester Yunayted"in niderlandlı hücumçusu Coşua Zirkze klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun meydana az çıxmasıdır. 

"La Gazzetta dello Sport"un yaydığı məlumata görə, "Roma" 24 yaşlı forvard üçün yanvar ayında "qırmızı şeytanlar"a rəsmi təklif göndərəcək.

Qeyd edək ki, C.Zirkze "Mançester Yunayted"ə 2024-cü ilin yayında "Bolonya"dan 42.5 milyon avro qarşılığında transfer olunmuşdu. O, cari mövsümdə meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.