“Mançester Yunayted”də ciddi itki - 10 həftə olmayacaq
Patrik Dorqu təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu zədəni bazar günü "Arsenal" üzərində qazanılan 3:2 hesablı qələbənin ikinci hissəsində alıb.
Həmin görüşdə qol da vuran Dorqu üçün ilkin olaraq əzələ qıcolması ehtimalı irəli sürülsə də, son müayinələr zədənin daha ciddi olduğunu göstərib.