"Mançester Yunayted"də həyəcan təbili
İşləri qaydasında getməyən "Mançester Yunayted"də "sular bulanmaqdadır".
Sportline.az xəbər verir ki, komandanın bəzi futbolçuları baş məşqçi Ruben Amorimlə yola getmir.
Onlar portuqaliyalı mütəxəssisin oyun sistemi ilə razılaşmırlar.
Bu haqda İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, futbolçular qazanılan qələbələri baş məşqçinin taktikası ilə deyil, futbolçuların fərdi ustalığı və bəxt amili ilə əlaqələndirirlər.
Qeyd edək ki, 25 oyundan 29 xal toplayan "Mançester Yunayted" 15-ci pillədə qərarlaşıb.