"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted" futbolçusu Pol Poqba ilə müqavilənin müddətini uzadacaq.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanacaq. Fransalı oyunçunun klubunda məmnun olduğu və ayrılmaq istəmədiyi vurğulanıb.

Qeyd edək ki, Poqbanın "MY" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.