"Mançester Yunayted"dən 20 milyon avroluq transfer

"Mançester Yunayted" "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveşi heyətinə qatmaq istəyir.

Sportline.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.

R.Neveş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 7 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun meneceri bu həftə "Mançester Yunayted"in rəhbərliyi ilə görüşəcək.