"Mançester Yunayted"dən 40 milyon avroluq transfer

"Mançester Yunayted" Joao Qomeşi heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, "Vulverhempton" brazilyalı oyunçu üçün 40 milyon avro tələb edir.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, J.Qomeş cari mövsüm meydana çıxdığı 35 matçda 1 qol, 3 asistlə yadda qalıb.