“Mançester Yunayted”dən 44 milyon avroluq transfer

"Mançester Yunayted" "Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomeş üçün hərəkətə keçib.

Sportline.az "Trivela" nəşrinə istinadən xəbər verir ki, "canavarlar" 24 yaşlı futbolçu üçün 44 milyon avro tələb edir.

Bu oyunçunun sərbəst qalma məbləğidir.

Qeyd edək ki, Joao Qomeşin "Vulverhempton"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.