"Mançester Yunayted"dən 60 milyon avroluq transfer

"Mançester Yunayted" "Əl-Qədisiyyə" klubunun futbolçusu Mateo Reteqini heyətinə qatmaq istəyir.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

M.Reteqi cari mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 5 matçda 3 qolla yadda qalıb.

Qeyd edək ki, 26 yaşlı forvard bu ilin yayında "Atalanta"dan "Əl-Qədisiyyə" klubuna 68.2 milyon avro qarşılığında transfer olunmuşdu.