“Mançester Yunayted”dən “Real Madrid”ə təklif var

“Mançester Yunayted” “Real Madrid”in uruqvaylı futbolçusu Federiko Valverdeni transfer etmək üçün hərəkətə keçib.

Sportline.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Fedeni satmaq niyyətində deyil.

Mançester klubu bu keçid üçün Kobi Meyno+ pul təklif edib.

Qeyd edək ki, Valverdenin transfer qiyməti 130 milyon avrodur.