"Mançester Yunayted"dən yeni transfer həmləsi
"Mançester Yunayted" yanvar ayında heyətə yeni yarımmüdafiəçi transfer etməyi düşünür.
Sportline.az "Express" nəşrinə istinadən xəbər verir ki, siyahıda əsas namizəd "Vulverhempton"un futbolçusu Joao Qomeş göstərilir.
24 yaşlı oyunçunun sərbəst qalma məbləği 44 milyon avrodur.
Qeyd edək ki, J.Qomeş bu mövsüm meydana çıxdığı 15 matçda 1 asistlə yadda qalıb.