“Mançester Yunayted”dən “Yuventus”a doğru
“Mançester Yunayted”in sağ cinah müdafiəçisi Noussair Mazraoui karyerasını “Yuventus”da davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
28 yaşlı futbolçu cari mövsüm 9 rəsmi matçda meydanda olub.
Qeyd edək ki, Mərakeş millisinin üzvünün dəyəri 22 milyon avrodur.