"Mançester Yunayted"ə ağır itki üz verib
"Mançester Yunayted"in sabiq baş məşqçisi Tommi Doxerti dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, keçmiş mütəxəssis 93 yaşında vəfat edib.
Qeyd edək ki, Tommi Doxerti 1972 - 1977-ci illərdə "Mançester Yunayted"i çalışdırıb.
"Çelsi" və "Aston Villa" kimi klublarda da işləyən Doxerti 12 fərqli klubun baş məşqçisi olub.