"Mançester Yunayted"ə son dəqiqə şoku
İngiltərə çempionatının 35-ci turunda “Mançester Yunayted” “Sauthempton”u qəbul edib.
Sportline.az xəbər verir ki, oyuna daha yaxşı başlayan qonaqlardan Stüart Armstronq hesabı açıb. Ruhdan düşməyən meydan sahibləri fasiləyədək önə keçməyi bacarıblar. 20-ci dəqiqədə Markus Reşford tarazlığı bərpa edib.
Çox keçmədən Antoni Marsiyal komandasının 2-ci qounu vurub. Fasiləyə üstün yollanan “Mançester Yunayted” ikinci yarıda təşəbbüsü əldən verib. Hücumlarını daha da gücləndirən “Sauthempton” ikinci hissəyə əlavə edilən 6-cı dəqiqədə komandasını məğlubiyyətdən qurtarıb. 2-2.
“Mançester Yunayted” 59 xalla 5-ci pillədədir. 45 xalı olan “Sauthempton” 12-cidir. 93 xalla lider olan “Liverpul” bir neçə tur öncə çempionluğunu rəsmiləşdirib.