“Mançester Yunayted”i “Eyüpspor”a dəyişə bilər
"Mançester Yunayted"in niderlandlı sol cinah müdafiəçisi Tayrel Malasiya karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Eyüpspor" 26 yaşlı futbolçunu rənglərinə bağlamaq istəyir.
Bu haqda jurnalist Aleks Krook məlumat yayıb.
Qeyd edək ki, T.Malasiya ötən mövsümü PSV-də icarə əsasında keçirib.