"Mançester Yunayted"in Baleba israrı davam edir
"Mançester Yunayted" Karlos Balebanı heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, "Brayton" bu keçid üçün qarşı tərəfdən 90 milyon avro tələb edir.
Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
Qeyd edək ki, K.Balebanın klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.