"Mançester Yunayted"in Çuameni planı
"Real Madrid"in fransalı yarımmüdafiəçisi Orelyan Çuameni "Mançester Yunayted"in transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, bu haqda "Telegraph" nəşri məlumat yayıb.
26 yaşlı futbolçunun "los blankos"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, O.Çuameni cari mövsüm meydana çıxdığı 45 matçda 2 qol, 2 asistlə yadda qalıb.