"Mançester Yunayted"in əsas hədəfi - Transfer qiyməti 80 milyon avrodur

"Mançester Yunayted"in yay transfer pəncərəsi dövründə əsas hədəfi Morqan Rocers olacaq.

Sportline.az xəbər verir ki, Birmingem klubu ingiltərəli futbolçu üçün 80 milyon avro tələb edir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Rocers bu mövsüm meydana çıxdığı 46 oyunda 10 qol, 7 asistlə yadda qalıb.