"Mançester Yunayted"in futbolçusu "Olimpiakos"un hədəfində
"Mançester Yunayted"in əsas heyətinə düşməkdə çətinlik çəkən Antoninin komandadan ayrılacağı gündəmdədir.
Sportline.az xəbər verir ki, braziliyalı cinah hücumçusu karyerasını Yunanıstanda davam etdirə bilər.
Bu haqda jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə 24 yaşlı futbolçu ilə "Olimpiakos" ciddi maraqlanır.
Pireylilər artıq Mançester təmsilçisi ilə danışıqlara da başlayıblar.
Qeyd edək ki, Antoni bu mövsüm meydana çıxdığı 13 oyunda bir qolla yadda qalıb.
"Mançester Yunayted"lə 2027-ci ilədək müqaviləsi olan braziliyalının transfer dəyəri 20 milyon avrodur.