"Mançester Yunayted"in gözü "Brayton"un futbolçusuna düşüb

"Mançester Yunayted"in yanvar ayı üçün transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Brayton"un kamerunlu futbolçusu Karlos Baleba "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Bu haqda "Mirror Football" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Balebanın transfer qiyməti 40 milyon avrodur.