"Mançester Yunayted"in gözü "Everton"un futbolçusuna düşüb

"Mançester Yunayted" qışda yeni transferlər həyata keçirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, "Everton"un ingiltərəli yarımmüdafiəçisi Ceyms Qarner "Mançester Yunayted"in transfer siyahısında yer alıb.

Bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 18 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 9 matçda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, C.Qarner "Mançester Yunayted" öz yetirməsidir. O, "Everton"a 2022-ci ilin yayında 10.4 milyon avro qarşılığında transfer olunmuşdu.