"Mançester Yunayted"in gözü "Nyukasl"ın oyunçusuna düşüb
"Mançester Yunayted" yayda Luyis Hollu heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "Nyukasl" 21 yaşlı sol cinah müdafiəçisi üçün ən azı 35 milyon avro tələb edir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Hollun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.