"Mançester Yunayted"in gözü o futbolçunun üzərindədir
"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim 20 yaşlı futbolçunu heyətində görmək istəyir.
Almaniya klubu C.Gittensin transfer qiymətini 50 milyon avro olaraq təyin edib.
Qeyd edək ki, "Bavariya"da Gittenslə yaxından maraqlanır.