"Mançester Yunayted"in gözü o futbolçunun üzərindədir

"Real Madrid"in yarımmüdafiəçisi Orelyan Çuameni yayda "Mançester Yunayted"ə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

"Qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, O.Çuameni 2022-ci ildən "Real"da çıxış edir.