"Mançester Yunayted"in gözü "Real Madrid"in futbolçusuna düşüb
"Mançester Yunayted" "Real Madrid"in yarımmüdafiəçisi Orelyan Çuamenini heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ceyms Duker məlumat yayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avrodur.
Qeyd edək ki, O.Çuameni cari mövsüm meydana çıxdığı 44 matçda 2 qol, 2 asistlə yadda qalıb.