"Mançester Yunayted"in gözü "Real Madrid"in kapitanına düşüb
"Mançester Yunayted" Federiko Valverdeni heyətinə cəlb etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Daily Star" nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun dəyəri 120 milyon avrodur.
Qeyd edək ki, F.Valverde cari mövsüm meydana çıxdığı 48 matçda 9 qol, 13 asistlə yadda qalıb.