"Mançester Yunayted"in Palmer planı
Kol Palmerin "Çelsi"dən ayrılmaq fikrində olduğu qeyd olunur.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Bu haqda jurnalist Kieran Gill məlumat yayıb.
Qeyd edək ki, K.Palmerin "Çelsi" ilə sözləşməsi 2033-cü ilin iyun ayına qədərdir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 10 qol, 3 asistlə yadda qalıb.