“Mançester Yunayted”in qış planı üzə çıxıb
“Mançester Yunayted” yanvar ayında heyətinə yeni yarımmüdafiəçi transfer edəcək.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Nottingem Forest”in futbolçusu Elliot Anderson “qırmızı şeytanlar”ın əsas hədəfidir.
Sözügedən oyunçunun sərbəst qalma məbləği 100 milyon avrodur.
Qeyd edək ki, 23 yaşlı futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
E.Anderson bu mövsüm 15 rəsmi matçda iştirak edib. Aktivində 1 qol və 1 asist var.