"Mançester Yunayted"in Tonali əməliyyatı

"Mançester Yunayted"in yay transfer dönəmində 1 nömrəli hədəfi Sandro Tonali olacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"a transfer olmağa isti yanaşır.

Qeyd edək ki, S.Tonalinin dəyəri 80 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 48 matçda 3 qol, 7 asistlə yadda qalıb.