"Mançester Yunayted"in yeni hədəfi
"Latsio"nun forvardı Çiro İmmobile karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 30 yaşlı futbolçunu heyətə qatmaq istəyir.
"Latsio" rəhbərliyi, İtaliya millisinin üzvünü, minimum 40 milyon avroya sata biləcəyini bildirib.
Qeyd edək ki, romalılarla müqaviləsi 2023-cü ilin yayında bitəcək İmmobile, bu mövsüm 26 oyunda 27 qol, 8 məhsuldar ötürmənin müəllifidir.