"Mançester Yunayted"in yeni hədəfi Samuel Daldır
"Mançester Yunayted" "Benfika"nın futbolçusu Samuel Dalı transfer etməyə səy göstərir.
Sportline.az xəbər verir ki, bu haqda "Record Portugal" nəşri məlumat yayıb.
23 yaşlı oyunçunun transfer qiyməti 20 milyon avrodur.
Qeyd edək ki, S.Dal "Vasteras" klubunun yetirməsidir.