Mançini İngiltərənin baş məşqçisi ola bilər

"İnter"in baş məşqçisi Roberto Mançini iş yerini dəyişə bilər. SportLine.az "Guardian"a istinadən xəbər verir ki, futbol mütəxəssisi İngiltərə millisini çalışdırmağa yaxındır. 

Roy Hocsonun istefasından sonra baş məşqçi vəzifəsinə mütəxəssis axtaran İngiltərə Futbol Federasiyası Mançininin xidmətində maraqlıdır. İtaliyalı çalışdırıcı da britaniyalılara rəhbərlik etmək niyyətindədir. 

Tərəflər arasında yaxın günlərdə rəsmi danışığın olacağı gözlənilir.