Mandanda karyerasını başa vurub

Karyerasının böyük hissəsini vətənində,"Olimpik Marsel" klubunda keçirən fransız qapıçı Stiv Mandanda peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, 40 yaşlı qapıçı bu qərarını Fransa mətbuatına verdiyi müsahibədə təsdiqləyib:

"Futbolu buraxmaq fikri ilə barışmaq üçün zamana ehtiyacım var idi. Bir çox klubdan təkliflər alsam da, hamısına 'yox' dedim. Bu, asan olmadı, amma bəli – futbolu buraxmaq qərarı aldım. Daha gözəl son ola bilməzdi", - deyə Mandanda bildirib.