Mandzukiç "Fiorentina"da

Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiçin yeni klubu məlum olub.

Sportline.az "Sportitalia"ya istinadən xəbər verir ki, son olaraq Qətərin “Əl-Duhail” klubunda çıxış edən 34 yaşlı hücumçu "Fiorentina" ilə anlaşıb. İtaliya klubunun onunla illik 3 milyon gəlir qarşılığında 2+1 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Mandzukiç bundan əvvəl də İtaliyada oynayıb. O, 2015-ci ildən 2019-cu ilin dekabrınadək "Yuventus"da çıxış edib. Xorvatiyalı forvard "Bavariya" və "Atletiko"da da oynayıb.