Maquayr yayda komanadasını dəyişə bilər
"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr yayda klubdan ayrıla bilər.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, İtaliya və Türkiyə klubları 32 yaşlı stopperlə yaxından maraqlanır.
Sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 12 matçda 2 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Maquayrın klubla sözləşməsi yayda başa çatacaq.