Maradona, Totti və Ronaldinio bir arada

Dünya ulduzları xeyriyyə matçı çərçivəsində qarşılaşacaqlar. SportLine.az xəbər verir ki, oyunda Diyeqo Maradona, Françesko Totti, Ronaldinio, Canluka Zambrotta və Ernan Krespo kimi ulduzlar iştirak edəcəklər. 

Qeyd edək ki, oyun oktyabrın 12-də Romanın "Olimpiya" stadionunda keçiriləcək. Bilet satışından yığılacaq pul müharibə zamanı zərər çəkmiş uşaqlar üçün istifadə ediləcək.