Mario Qomez "Beşiktaş"la vidalaşdı
"Beşiktaş"ın almaniyalı ulduzu Mario Qomez komandası ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, futbolçu "tvitter" hesabında bu barədə məlumat verib.
O, Türkiyədə son vaxtlar yaşanan hadisələrə görə İstanbulda qalmaq istəmədiyini bildirib.
Qeyd edək ki, M.Qomes ötən mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edib. O, Türkiyə superliqasında vurduğu 26 qolla bombardir olub. M.Qomes müqavilə ilə "Fiorentina"ya məxsusdur.