Mark Gehi "Kristal Pelas"dan ayrılacaq
"Kristal Pelas"ın ingiltərəli müdafiəçisi Mark Gehi karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda Gehi üçün "Kristal Pelas"a rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Gehi bu mövsüm çıxış etdiyi 34 matçda 3 qol və 2 asistlə yadda qalıb.