Mark Gehi qərarını verdi

“Kristal Pelas”ın ingiltərəli mərkəz müdafiəçisi Mark Gehi karyerası ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, 25 yaşlı stopper “Liverpul”a transfer olmaqdan imtina edib.

Futbolçu “Real Madrid”ə keçmək istədiyini menecerinə bildirib.

Bu haqda “Mirror Football” nəşri məlumat yayıb.

Qeyd edək ki, Gehinin dəyəri 45 milyon avrodur.