Mark Gehini 6 nəhəng klub istəyir

“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gehi Avropa nəhənglərinin transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, “Real Madrid”, “Barselona”, “Bavariya”, “İnter”, “Mançester Yunayted” və “Liverpul” 25 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir.

Bu haqda “Team Talk” nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Gehi gələn ilin yayında azad agent olacaq.