Markos Alonso “Selta” ilə müqaviləsini uzatdı
İspaniyanın “Selta” klubu təcrübəli müdafiəçi Markos Alonso ilə yeni müqavilə imzalayıb.
Sportline.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, ispan futbolçunun klubla olan sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Markos Alonso ötən mövsüm “Selta”nın heyətində sabit çıxışı ilə seçilib və klub rəhbərliyi onunla əməkdaşlığı daha iki il davam etdirmək qərarına gəlib.